BAKI, 14 aprel. TELEQRAF

Estoniya Prezidenti Alar Karis ölkə ordusuna mülki gəmilərə hücum etməyə icazə verən qanuna dəyişiklikləri təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Qəbul edilmiş dəyişikliklər "Müdafiə Qüvvələrinin Təşkili haqqında" Qanuna və "İqtisadi Zona haqqında" Qanuna əlavə olunub.

Yeni qanuna əsasən, Estoniya ordusu ölkənin dəniz infrastrukturuna, dövlət müdafiə obyektlərinə, limanlara və digər mühüm qurğulara və avadanlıqlara qarşı mümkün təhdidlərə cavab olaraq hərbi tədbirlər, o cümlədən mülki gəmilərə qarşı hücum həyata keçirə biləcək.