BAKI, 15 aprel. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinə endirdiyi zərbə nəticəsində bölgədə yerləşən 102 yaşayış məntəqəsi işıqsız qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatorunun sözçüsü Vladimir Vasilenko açıqlama verib.

Onun sözlərinə görə, hücumdan sonra “Vinoqradovo” elektrik yarımstansiyasında yanğın baş verib.

“Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Lakin Qolopriştanski, Skadovski və Kaxovski dairələrində yerləşən 102 yaşayış məntəqəsi işıqsız qalıb. Ümumilikdə, 56 237 nəfər və 9 sosial əhəmiyyətli obyektin elektrik enerjisi ilə təminatı dayanıb”, - Vasilenko qeyd edib.