
BAKI, 15 aprel. TELEQRAF
Almaniyanın bahalı avtomobil istehsalçısı “Isdera” şirkəti iflas olub.
Teleqraf xəbər verir ki, bu barədə nüfuzlu “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, yerli məhkəmə tanınmış şirkətin iflasa uğradığını elan edib.
Qeyd edək ki, “Isdera” Hildeshaym şəhərində yaradılıb. 40 ildən artıq fəaliyyət göstərən şirkət kiçik həcmli çox bahalı və unikal avtomobillərin istehsalı üzrə ixtisaslaşıb.