BAKI, 15 aprel. TELEQRAF

2025-ci ilin martında Azərbaycanda gündəlik neft hasilatı 0.47 milyon barel təşkil edib. Bu göstərici fevralda da eyni olub.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd edilib.

Hesabata əsasən, Azərbaycan OPEC+ üzrə hədəfindən 0.08 milyon barel geridə qalıb.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir.