
BAKI, 15 aprel. TELEQRAF.
İran və ABŞ arasında danışıqların növbəti raundu aprelin 19-da Maskatda (Oman) keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi danışıb.
O, IRNA-ya bildirib: "Məsləhətləşmələrdən sonra qərara alındı ki, Muskat şənbə günü keçiriləcək danışıqların ikinci raundunun ev sahibi olaraq qalsın".
Bundan əvvəl Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp bildirmişdi ki, ABŞ və İran nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün vasitəli danışıqlarının növbəti mərhələsi Romada keçiriləcək.