
BAKI, 14 aprel. TELEQRAF
Almaniya parlamentində mayın 6-da keçiriləcək iclasda ölkənin yeni kanslerinin seçiləcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Səsvermə nəticəsində Xristian Demokrat İttifaqının sədri Fridrix Merts kansler postuna seçilə bilər. Onun kansler seçilməsi üçün Bundestaqda ümumilikdə 630 deputatın iştirak etdiyi parlamentdə səs çoxluğunu əldə etməsi tələb olunur”,- məlumatda deyilir.