
BAKI, 15 aprel. TELEQRAF
Serbiyanın paytaxtı Belqradda tələbələr ölkənin əsas dövlət kanalı olan “Serbiya Radio və Televiziyası”nın (RTS) binasının girişini bağlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə məlumat RTS-in rəsmi saytında yer alıb.
Aksiyanın ötən gün axşam saatlarından başladığı bildirilib.
“Dünən axşamdan etibarən tələbələr Belqradda yerləşən kanalın binasının girişlərini bağlayıblar. Onlar binanın qarşısında çadır qurub və giriş hissəsinə qraffiti çəkiblər”, - məlumatda qeyd olunub.