BAKI, 15 aprel. TELEQRAF

Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və İraq da daxil olmaqla bir sıra ölkələr müəyyən olunmuş hədəflərdən xeyli çox neft hasil edir.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd edilib.

Bildirilib ki, xüsusilə, “Chevron” şirkətinin operatorluğu ilə həyata keçirilən Tengiz neft yatağının genişləndirilməsi layihəsinin işə düşməsindən sonra Qazaxıstanın xam neft hasilatı rekord həddə – sutkada 1.8 milyon barelə çatıb. Bu da ölkənin OPEC+ kvotasını təxminən sutkada 390 min barel üstələməsi deməkdir.