
BAKI, 15 aprel. TELEQRAF
Soyuq günlərdə mövcud hava şəraiti nəzərə alınmaqla istilik təminatı daha bir neçə gün davam edəcək.
Bu barədə Teleqraf-a “Azəristiliktəchizat” ASC-dən bildirilib.
Qeyd edilib ki, ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri soyuq havalarda işləyəcək və beləcə, istilik təminatı daha bir neçə gün davam edəcək.
Xatırladaq ki, Bakı şəhəri və respublikanın regionlarında 2024-2025-ci illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatmalı idi.