BAKI, 15 aprel. TELEQRAF

Mart və aprel ayının əvvəlində ABŞ-nin tətbiq etdiyi tariflərin artması və iqtisadi tənəzzül qorxularının güclənməsi fonunda risk əhval-ruhiyyəsinin pisləşməsi nəticəsində qlobal neft qiymətləri təxminən 10 ABŞ dolları/barel ucuzlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd edilib.

Bildirilib ki, bəzi OPEC+ üzvlərinin əlavə könüllü hasilat ixtisarlarını daha tez dayandırmaq qərarı “ayı bazara” əlavə təzyiq göstərib.

Hesabatın yazıldığı dövrdə “Brent” markalı neftin fyuçersləri təxminən 65 ABŞ dolları/barel səviyyəsində ticarət olunub, bundan əvvəl isə qiymətlər son dörd ildən artıq dövrdə ilk dəfə 60 ABŞ dolları/barel səviyyəsindən aşağı düşərək ən aşağı həddə çatıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 14:05 üçün Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.71% azalaraq 64.42 dollar/barel olub.