BAKI, 15 aprel. TELEQRAF

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid və “Rosh life” ləqəbli tiktoker Rövşən Təhməzovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Teleqraf xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azər Zahid və Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müəddəti 3 aya qədər uzadılıb.

Qeyd edək ki, Azər Zahid ötən ilin dekabrın 25-də Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, Rövşən Təhməzov da polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.