BAKI, 15 aprel. TELEQRAF

Ukrayna müdafiə qüvvələri Rusiya ordusunun sərhəddə Sumı vilayətinə hücumunun qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, sərhəd xidmətinin 5-ci dəstəsinin döyüşçüləri Sumıya daxil olmağa cəhd göstərən Rusiyanın hücum qruplarını məhv ediblər.

"PUA operatorlarının səmərəli əməyi sayəsində düşmənin kvadrosiklləri, rabitə vasitələri və hücum qrupları məhv edilib”, - qurum bildirib.

Həmçinin Ukrayna sərhədçiləri Rusiyanın Sumı istiqamətində PUA-lara qarşı dəhliz yaratmaq cəhdinin qarşısını alıblar.