
BAKI, 14 aprel. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinə (TBMM) Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
Teleqraf xəbər verir ki, normativ aktın təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Serkan Bayramdır.
Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə S.Bayram bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür.
O, Türkiyə Böyük Millət Məclisinin deputatı və BMT-nin sülh elçisi kimi martın 21-nin Türkiyədə rəsmi qeyri-iş günü elan olunmasını parlamentə təklif edib.