
BAKI, 14 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 9-da Avropa liderlərini Kiyevə dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Avropa liderlərinin bu tarixdə Kiyevdə keçiriləcək görüşü “Moskvada ənənəvi hərbi parad fonunda diplomatik güc nümayişinə” çevrilməlidir.
Ukrayna lideri “könüllülər koalisiyası” ilə də görüşmək arzusunu ifadə edib. Zelenski mümkün atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək niyyətindədir.