
BAKI, 14 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri hazırda Ukrayna ilə bağlı sülh prosesinə meylli deyillər və müharibənin davam etdirilməsindən yanadırlar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Təəssüf ki, Avropa ölkələri sülh danışıqları üçün bir yol tapmağa meylli deyillər, əksinə, müharibənin davam etməsini təşviq etməyə çalışırlar”,- o qeyd edib.