
BAKI, 14 aprel. TELEQRAF
Suriyanın Moskvadakı səfiri Bəşar Cəfəri Rusiyadan sığınacaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edək ki, bundan öncə TASS xəbər agentliyi mənbələrə istinadən Bəşar Cəfərinin Rusiyadan sığınacaq istədiyini bildirmişdi.
Aprelin 8-də Suriya Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr üzrə koordinatoru Abdulla Əl-Həki isə bildirib ki, Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfiri dəyişdirməyi qərara alıb.
***
19:10
Suriyanın Rusiyadakı səfiri Bəşar Cəfəri Rusiyadan siyasi sığınacaq istəyib.
Teleqraf xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
“Suriya səfiri Rusiyada sığınacaq üçün müraciət edib”,- məlumatda deyilir.
Hazırda bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, xəbərin yayılması beynəlxalq media və ekspertlər arasında geniş müzakirələrə səbəb olub.