
BAKI, 15 aprel. TELEQRAF
İraqda güclü qum fırtınası 1800-dən çox insanın boğulmasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "REN" telekanalı məlumat yayıb.
Məlumata görə, fırtına ölkənin bir çox bölgələrində görmə məsafəsini azaldıb. Nəcəf və Bəsrə hava limanlarında uçuşlar dayandırılıb. Nəcəfdə görmə məsafəsinin pis olması səbəbindən 5 avtomobil qəzası baş verib.
Yerli sakinlər özlərini maskalarla qalın toz buludlarından qorumağa çalışırlar. Amma maskalar da insanları boğulmadan xilas etmir, çoxsaylı insan tozdan zərər çəkib.