BAKI, 15 aprel. TELEQRAF

Aprelin 15-də Ermənistan parlamentində hökumətin 2024-cü ildəki fəaliyyətinə dair keçirilən müzakirələr zamanı Baş nazir Nikol Paşinyan qəribə davranışları ilə diqqət çəkib.

Teleqraf xəbər verir ki, ölkənin keçmiş hökumətlərini talançılıq və korrupsiyada ittiham edən baş nazir emosiyalarına hakim ola bilməyib.

Paşinyan iddia edib ki, o, keçmiş hakimiyyətlərdən - bugünkü müxalifətdən fərqli olaraq, talançılara yox, xalqa hörmət göstərir.

Baş nazir keçmiş hökumətləri Ermənistanı satmaqda, onu başqa dövlətlərdən asılı vəziyyətə salmaqda ittiham edib.

Paşinyanın fikrincə, radikal müxalifətin Ermənistanı satmaqda istədiyi ölkələr Ermənistana dövlət yox, gəlir yeri kimi baxırlar:

“Onlar həmin ölkələr və insanlardır ki, bizim ölkəmizi hansısa yerə aparmağa, bizi divara dirəyib döyməyə çalışırlar. Açıq şəkildə deyirlər ki, sizi divara dirəyib döyərik”.

Baş nazir parlamentədəki müxalif siyasi qüvvələrin hərəkətlərini də tənqid edib:

“Fantastika filmindən bir səhnədir. Müxalifət nümayəndəsi iş qaydasında səsverməyə gedir, nə edəcəyini gözləyirsən, bir də görürsən qışqırır ki, ay camaat, bunlar büdcəni ciblərinə doldururlar. Gəlin ciblərimizi dolduraq. Bu dəlilikdir. Bəlkə də onlar kimi biz də cibimizi doldurmalıydıq ki, yaxşı olsun”.

Xatırladaq ki, Ermənistan parlamentindəki müxalif deputatlar Paşinyanın çıxışını boykot edərək, zaldan çıxıblar.