BAKI, 15 aprel. TELEQRAF

Beynəlxalq Enerji Agentliyinin (IEA) Neft Bazarı Hesabatına görə, bu il qlobal neft tələbatı ötən illə müqayisədə gündəlik 726 min barel artaraq 103 milyon 540 min barrelə çatacaq. Əvvəlki hesabatda bu artımın gündəlik təxminən 1 milyon 30 min barel olacağı proqnozlaşdırılırdı.

Teleqraf xəbər verir ki, tələbatın zəifləməsində ABŞ və Çin arasında ticarət müharibəsinin, eləcə də ticarətdən asılı olan Asiya iqtisadiyyatlarının rolu əsas faktor kimi göstərilir.

Tələbin keçən illə müqayisədə gündəlik 199 min barrel azalaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının əhatə etdiyi regionlarda gündəlik 45 milyon azalaraq 458 min barrelə, qurumun üzvü olmayan ölkələrdə isə gündəlik 925 min barrel artaraq 58 milyon 82 min barrel olacağı təxmin edilir.

2026-cı ildə qlobal neft tələbindəki artımın daha da yavaşlayacağı proqnozlaşdırılır. Buna uyğun olaraq, gələn il tələbatın gündəlik 692 min barel artaraq 104 milyon 232 min barrelə çatacağı gözlənilir. Bununla belə, sürətlə dəyişən və getdikcə qeyri-müəyyən olan makroiqtisadi mühit səbəbindən hər iki il üzrə proqnozlar üzrə risklər qalmaqdadır.