
BAKI, 15 aprel. TELEQRAF
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 6 milyon 863,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalıb.
Apreli 1-ə olan hazır məhsul göstəricisi isə 375,6 min ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə ölkədə 29 milyon 63,0 min ton xam neft istehsal edilmişdi.