BAKI, 14 aprel. TELEQRAF

Yaxın zamanda Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı çox yaxşı təkliflər olacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Mənim etmək istədiyim, sadəcə, müharibəni dayandırmağa çalışmaqdır. İnsanların ölümünü dayandırmaq istəyirəm və düşünürəm ki, bu məsələdə uğur qazanmışıq”,- o qeyd edib.