
BAKI, 15 aprel. TELEQRAF
"Bu, çox ağır bir xəstəlikdir. Allah heç kimə göstərməsin. Ev şəraitində müalicəm davam edir".
Bu sözləri Teleqraf-a bir müddət əvvəl insult keçirən xalq artisti Fatma Mahmudova səhhətindən danışarkən deyib.
"Sol qolum işləmir, tamamilə fəaliyyətini dayandırıb. Müalicəm hələ davam edəcək. Xəstəlikdən çox bezirəm. Həmişə aktiv olmuşam. Yüksək temperaturla belə səhnədə rol oynamışam. Sənətim üçün çox darıxıram. Hər şeyə həsrət qalmaq nə deməkdir?!" - deyə F.Mahmudova deyib.
Qeyd edək ki, F.Mahmudova insult keçirərək ağır vəziyyətdə İstanbul NS Klinikasına yerləşdirilmişdi.