BAKI, 14 aprel. TELEQRAF

Keçmiş ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Ukraynada müharibənin başlanmasının qarşısını ala bilərdi, lakin bu məsələdə onların siyasəti uğursuz və zəif olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşımda qeyd edib.

“Əgər 2020-ci il ABŞ-də prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukraynadakı bu dəhşətli müharibə heç vaxt başlamazdı. Ukrayna Prezidenti Volodimir Zelenski və rüşvətə bulaşmış Co Bayden bu münaqişənin başlanmasına imkan verərək, çox pis iş gördülər. Müharibənin qarşısını almağın bir çox yolu var idi. Amma bunlar artıq keçmişdədir. İndi isə əsas məsələ odur ki, bu münaqişə tez bir zamanda dayandırılmalıdır”,- o qeyd edib.

Trampın sözlərinə görə, vəziyyətin bu həddə çatmasına Bayden və onun komandasının uğursuz qərarları səbəb olub.