
BAKI, 14 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və bu paketin may ayında razılaşdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Artıq aydındır ki, biz 17-ci sanksiyalar paketi üzərində işləyirik və məqsədimiz bu məsələnin Aİ Şurasının may gündəliyinə salınmasıdır”, – Kallas vurğulayıb.