
BAKI, 14 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ukraynada atəşkəslə razılaşmaq üçün “son tarix” verdiyini bildirib.
Teleqraf xəbər verir ki, onun açıqlaması "C-SPAN" kanalında yayımlanıb.
Tramp deyib: “Mən Putinə müharibəni bitirmək üçün son tarix təyin etmişəm”.
O, son tarixlə bağlı hər hansı təfərrüat açıqlamayıb.