
BAKI, 15 aprel. TELEQRAF
Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı Tehran və ABŞ arasında aparılan danışıqları pozmağa cəhd edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, Fransa, Almaniya və Böyük Britaniya bu prosesdə iştirak etməli olduqlarını düşünürlər. Çünki onlar İranla imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində sanksiyaların avtomatik bərpasını nəzərdə tutan yeganə tərəflərdir.
Məlumata görə, aprelin 12-də Omanda ABŞ nümayəndə heyəti ilə keçirilən danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtondan xahiş edib ki, Avropa ölkələrinin bu proseduru işə salmasının qarşısı alsın.