
BAKI, 14 aprel. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Tərəflər Omanda baş tutan İranın nüvə proqramına dair danışıqları müzakirə ediblər. Eyni zamanda, onlar qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı da fikir mübadiləsi aparıblar.