BAKI, 7 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Maskı federal agentlik işçilərinin ixtisarı mövzusunda diqqətli olmağa çağırıb.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri öz sosial şəbəkə hesabında belə yazıb: “Biz “balta” əvəzinə “neştər” deyirik”.

Amerika liderinin sözlərinə görə, administrasiya rəsmiləri müxtəlif departamentlərdə çalışan insanlarla tanış olur və kimin qalacağını, kimin gedəcəyini çox dəqiqliklə müəyyən edirlər.

Tramp bildirib: "İnsanların sayını lazımi səviyyəyə qədər ixtisar etməyimiz həqiqətən vacibdir, lakin ən yaxşı və ən məhsuldar insanları da saxlamalıyıq".

Eyni zamanda Tramp DOGE-nin inanılmaz uğur qazandığını qeyd edib.