
BAKI, 8 mart. TELEQRAF
Baykal gölündə içində it olan avtomobil xilasedicilər tərəfindən sudan çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə "REN TV" teleqram kanalı məlumat yayıb.
Ərazidə buz qatı üzərində hərəkət edən avtomobil anidən sürüşərək buzun içinə düşüb və batmağa başlayıb.
Sürücü və sərnişin özləri maşından düşə bilsələr də, onların iti içəridə qalıb.
Hadisə yerinə gələn İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iti və nəqliyyat vasitəsini sudan çıxarıblar.
Hadisənin Olxonski rayonunda göl sahilindən 200 metr aralıda baş verdiyi bildirilir.