BAKI, 8 mart. TELEQRAF

Serbiyada bir gün əvvəl ölkənin Mədəniyyət naziri Nikola Selakoviçə hücum edən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki , bu barədə “Veçerne Novosti” məlumat yayıb.

Məlumatda deyilir: "Öyrəndiyimiz kimi, nazir Nikola Selakoviçə hücum edə Milan Tavçar saxlanılıb".

Qeyd olunur ki, Tavçar “United Media” şirkətində mühafizəçi işləyir.

Serbiya Prezidenti Aleksandr Vuçiç Mədəniyyət nazirinə hücum edən şəxsin saxlanılması ilə bağlı xəbəri təsdiqləyib. O deyib: “Biz o əclafı tutmuşuq".

N. Selakoviç respublikadakı etirazlar fonunda hücuma məruz qalıb.