
BAKI, 9 mart. TELEQRAF
Parisdə 8 Mart Qadınlar Bayramı münasibətilə keçirilən aksiyada polis kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Teleqraf Fransa mətbuatına istinadən xəbər verir ki, feministlərin yürüşünə on minlərlə insan toplaşıb.
Nümayiş yerli həmkarlar ittifaqları və qeyri-kommersiya təşkilatları tərəfindən təşkil olunub. Bununla belə, yürüşdə qadınlar və feministlərlə yanaşı, üzlərini gizlədən və izdihamda aqressiv əhval-ruhiyyə yaradan bəzi şəxslər də olub. Polis də onlara görə güc tətbiq edib.
İfrat sağçı feminist “Nemesis” və israilyönümlü “Nous vivons” qruplaşmasının üzvləri olan radikallar polislə toqquşmaya hazırlaşıb. Gözyaşardıcı qaza cavab olaraq, onlar asayiş keşikçilərinə fişənglər atıblar.
Etirazçılar şəhərdə bir neçə yanğına səbəb olublar.