
BAKI, 8 mart. TELEQRAF
ABŞ-nin Kiyevdəki səfirliyi qarşısında "Amerika, özünə gəl!" şüarı ilə etiraz aksiyası keçirilir.
Teleqraf xəbər verir ki, aksiya iştirakçıları qəribə kostyumlar geyiniblər. Onların əllərində müxtəlif plakatlar var.
Etirazçılardan biri Azadlıq Heykəlinin maskası taxıb. Digər iştirakçıların əllərində məşhur Amerika siyasətçilərinin təsvirləri olan böyük pankartlar var. Onların əksərityyəti oyun kartları şəklindədir.
Plakatlardan birində yazılıb: "Müharibə qumara çevriləndə insan həyatları da Trampın əlində karta dönür". Bu, Amerika liderinin Rusiyaya qarşı "Kiyevin əlində güclü kartların olmaması barədə" açıqlamasına cavabdır.