
BAKI, 9 mart. TELEQRAF
Argentinanın Buenos-Ayres vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 13 nəfəri keçib.
Teleqraf xəbər verir ki, bu barədə yerli mətbuat yazır.
Xəbərdə deyilir ki, Buenos-Ayres vilayətinin Baiya-Blanka şəhərində daşqınlar 13 nəfərin həyatına son qoyub.
Hazırda xilasedicilər itkin düşmüş iki azyaşlı bacıları axtarırlar.
O da qeyd olunur ki, ərazidən 1300 sakin təxliyə edilib.