BAKI, 8 mart. TELEQRAF

Fransadan Ukraynaya çoxlu sayda muzdlu döyüşçü göndərilir və onlar könüllülər adı altında gizlənirlər.

Teleqraf xəbər verir ki, bu barədə hərbi ekspert Vitali Kiselev TASS- a açıqlamasında bildirib.

Onun sözlərinə görə, muzdlular Krasnoarmeysk (indiki Pokrovsk) ərazisində müşahidə olunub.

Ekspert bildirib ki, fransız muzdlu döyüşçülər əsasən Pokrovskun cənub və cənub-qərb hissəsində, həmçinin yaxınlıqdakı dəmiryol stansiyalarında cəmləşib. Orada onlar üçün tranzit məntəqələri yaradılıb.

Sözügedən döyüşçülərin açıq şəkildə yox, könüllü qrupların tərkibində, humanitar yardım gətirən şəxslər kimi gizli şəkildə ölkəyə daxil olduqları vurğulanıb. Muzdlular 5-7 nəfərlik kiçik qruplar halında Ukraynaya gəlir. Onlar əvvəlcə ölkənin qərbində toplanır, daha sonra Dnepropetrovsk vilayətinə köçürülərək cəbhə xəttinə göndərilirlər.

Kiselev, həmçinin onu da qeyd edib ki, bu döyüşçülər yüksək məvacib alırlar.