
BAKI, 9 mart. TELEQRAF
Futbol üzrə İtaliya A seriyasında 28-ci turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, lider “İnter” öz meydanında autsayder “Monza” üzərində əzmkar qələbə qazanıb – 3:2.
Görüşün ilk hissəsindən sonra qonaqlar 2:1 öndə olublar. Matçın 64-cü dəqiqəsində Türkiyə yığmasının oyunçusu Hakan Çalhanoğlu hesabı bərabərləşdirib. “Monza”nın oyunçusu Giorgos Kiriakopoulosun 78-ci dəqiqədə avtoqolu isə “İnter”ə qələbə qazandırıb.
Hazırda “İnter” 61 xalla (28 oyun) vahid liderdir. İkinci sırada mövqe tutan “Napoli”nin 57 xalı (27 oyun) var. Milanda liderə uduzan “Monza” 14 xalla (28 oyun) sonuncu – 20-ci yerdədir.