BAKI, 8 mart. TELEQRAF

Qazaxıstan Parlamentinin keçmiş spikerinin qardaşı Argın Niqmatulin başqasının əmlakını mənimsəməkdə şübhəli bilinir.

Teleqraf xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.

A.Niqmatulin və digər şəxslər barəsində “əmanət edilmiş əmlakı külli miqdarda mənimsəmə və ya israf etməklə” bağlı araşdırma aparılır.

Eks-spikerin qardaşını əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, Argın Niqmatulin 2006-2018-ci illərdə "Sarıarka" xokkey klubunun direktoru və Qaraqanda vilayətinin yerli nümayəndəlik rəhbərinin müavini olub.