BAKI, 9 mart. TELEQRAF

“İtirəcəyimiz heç nə yoxdur. Yalnız bir məqsədimiz var, o da qələbədir”.

Teleqraf xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike deyib.

Onun sözlərinə görə, Paris komandası “Liverpul”u mübarizədən kənarlaşdırmağa qadirdir: “İngiltərədə uğur qazanacağımıza inanırıq. Düşünürəm ki, mümkün olan ən yaxşı formada olacağıq. Futbolda sürprizlər mümkündür. Bəli, ilk oyundan sonra gərgin idik. Hər şeyi təhlil etdik və çətin rəqib olan “Renn” üzərində qələbə qazandıq. Bu, ümidvericidir. Bir daha deyirəm, itirəcək heç nəyimiz yoxdur və buna görə də həmişəkindən daha təhlükəliyik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ öz meydanında “Liverpul”a minimal hesabla uduzub (0:1). Təkrar oyun martın 11-də İngiltərədə olacaq.