
BAKI, 8 mart. TELEQRAF
Polşanın “Do Rzeczy” qəzetinin jurnalistləri Avropanın Rusiyaya qarşı silahlı münaqişəyə girməyə hazır olmadığını bəyan ediblər.
Teleqraf xəbər verir ki , bu barədə qəzetin baş redaktoru Pavel Lisitski və jurnalist Voyciech Cejrovski öz podkastlarında açıqlama veriblər.
Onlar qeyd ediblər ki, Avropa ölkələrinin Rusiyaya qarşı bərabər gücdə silahlı münaqişəyə girəcək maddi imkanları yoxdur.
Lisitski isə ABŞ-ni Rusiyaya qarşı çıxa biləcək yeganə ölkə kimi göstərib, amma Donald Trampın artıq bu müharibədə iştirak etmək istəmədiyini vurğulayıb.
Lisitski, həmçinin bildirib ki, Avropanın yenidən silahlanmasına hazırlıq Trampa avropalı siyasətçilər tərəfindən qurulmuş tələdir. Onun fikrincə, Avropa müharibəyə hazırlıqsız daxil olacaq, itkilər baş verəcək və nəticədə ABŞ-yə təzyiq artacaq ki, müttəfiqlərini tək qoymasın, amma Tramp buna “yox” deyəcək və nəticədə onu prezidentlikdən uzaqlaşdırmaq istəyən qüvvələr aktivləşəcək.
Cejrovski isə buna qarşı çıxaraq bildirib ki, NATO Nizamnaməsinin 5-ci maddəsi yalnız o halda tətbiq olunacaq ki, kimsə alyans ölkələrindən birinə hücum etsin, amma bu, blok ölkələrinin Rusiyaya qarşı Ukrayna ilə birləşərək hücum etməsi zamanı tətbiq oluna bilməz.
"Avropa tam axmaqlar tərəfindən idarə olunur, bu da sizin təhlilinizi iyrənc yerə vurur. Bu, Tramp üçün tələ sayıla bilməz, çünki o, artıq dəfələrlə bundan yayınıb”, – Cejrovski həmkarına etiraz edib.