
BAKI, 8 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinə genişmiqyaslı hücum həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri sözügedən bölgəyə təxminən 50 mərmi atıblar. Hücumda, həmçinin 30-dan çox pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Hücum nəticəsində Qrayvorondakı elektrik xətti zədələnib və 8 küçənin sakinləri işıqsız qalıb.
Bununla yanaşı,Neçayevka, Orlovka, Petrovka, Ustinka və Çeremoşnoye kəndləri də hücuma məruz qalıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat martın 7-nə keçən gecə Ukraynanın Rusiyaya ümumilikdə 39 pilotsuz uçuş aparatı ilə hücum etdiyinə dair məlumat yayıb. Dronlar beş regionda, həmçinin Qara və Azov dənizlərində vurulub.
Məlumata görə, Oryol, Kursk, Belqorod və Rostov vilayətləri hücuma məruz qalıb.