BAKI, 8 mart. TELEQRAF

Türkiyə 9 illik fasilədən sonra ABŞ-nin "Qırmızı Bayraq" təlimlərində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.

“Qırmızı Bayraq - 2025” hava əməliyyatında 5 F-16 təyyarəsi və Türkiyə Silahlı Qüvvələrinin 73 şəxsi heyəti iştirak edəcək.

Türkiyə 2016-cı ildən bu təlimlərdə iştirak etmir. Buna səbəb, xüsusən, Rusiyadan S-400 hava hücumundan müdafiə sisteminin alınması və ABŞ-ın Türkiyəni F-35 proqramından kənarlaşdırmaqla bağlı cavab qərarı olub.