BAKI, 9 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp jurnalistin Mask və Rubio arasındakı mübahisə ilə bağlı sualına sərt reaksiya verib.

Teleqraf xəbər verir ki, bu barədə biznesmen və mühafizəkar Trending Politics xəbər portalının sahiblərindən biri olan Kollin Raqq Aöz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Tramp milyarder İlon Mask ilə ABŞ dövlət katibi Marko Rubio arasında həqiqətən də mübahisə olub-olmadığını aydınlaşdırmağa çalışan NBC jurnalistinin sözünü kəskin şəkildə kəsib. Tramp bu məlumatı qəti şəkildə təkzib edib, hətta müxbiri "sensasiyanı qızışdırmaq niyyətində" suşlayıb.

Müxbir mübahisəyə girmək istəyəndə isə D.Tramp ona danışmağa imkan verməyib. Prezident jurnalistin hansı nəşri təmsil etdiyini soruşub və "NBC" barədə eşidəndə isə sadəcə əlini yelləyib. “O zaman təəccüblü heç nə yoxdur. Kifayətdir, NBC" , - deyən ABŞ Prezidenti sualdan yayınıb.