
BAKI, 8 mart. TELEQRAF
Dağıstan və Çeçenistanda teleqram messencerinin fəaliyyəti hüquq-mühafizə orqanlarının tələbi ilə bloklanıb.
Teleqraf xəbər verir ki, bu barədə Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov jurnalistlərə açıqlamasında bildirib.
"Teleqramın Şimali Qafqaz Federal Dairəsinin iki regionunda - Çeçenistan və Dağıstanda bloklanması ilə bağlı qərar federal səviyyədə hüquq-mühafizə orqanlarının təklifi əsasında qəbul edilib. Bundan düşmənlər tez-tez istifadə edirlər, buna misal olaraq, Mahaçqala hava limanında baş verən iğtişaşları göstərmək olar. Ola bilsin ki, gələcəkdə teleqramın bloku açılsın", - o deyib.
Qəmzətov bloklanmış messencerin analoqlarından istifadə etməyi tövsiyə edib: "Hələlik yaxşı analoqlar var, məsələn, VK".