
BAKI, 8 mart. TELEQRAF
Avropanın nüvə təhlükəsizliyinin tam şəkildə Fransanın üzərinə qoyulması effektiv nəticə verməyəcək.
Teleqraf xəbər verir ki, bunu Litvanın Baş naziri Gintautas Palukas bildirib.
Onun fikrincə, belə bir yanaşma NATO-nun nüvə doktrinasını sadəcə "bunu artıq Fransa həll edəcək" cümləsi ilə əvəz etmək kimi görünür.
Baş nazir bunun son dərəcə məsuliyyətsiz və hətta təhlükəli olduğunu diqqətə çatdırıb.
O, həmçinin Fransanın nüvə imkanlarını NATO və ABŞ-nin arsenalları ilə müqayisə edərək, onların Fransanı on dəfələrlə üstələdiyini vurğulayıb.
Baş nazir Parisin təklifinin ciddi maliyyə yatırımları tələb edəcəyini və bunun ənənəvi silahlı qüvvələrin maliyyələşdirilməsinə təhlükə yaradacağını əlavə edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi baxımdan blok ölkələrinin Fransanın nüvə qüvvələrinin himayəsinə keçməsi məsələsini müttəfiqləri ilə müzakirə etməyə hazır olduğunu bildirib.