BAKI, 9 mart. TELEQRAF

Eyndhoven şəhərində taekvondo üzrə 52-ci açıq Niderland çempionatı start götürüb.

Teleqraf xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının iki üzvü fəxri kürsüyə yüksəlməyi bacarıb.

Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında yarışır.