
BAKI, 9 mart. TELEQRAF
Nyu-Yorkun Lonq-Aylend şəhərində baş verən meşə yanğınları qubernatoru fövqəladə vəziyyət elan etməyə məcbur edib.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb.
Məlumata görə, yanğınsöndürmə xidmətləri dörd yanğın hadisəsini qeydə alıb, onlardan üçünü tam olaraq söndürmək mümkün olub.
Vesthempton bölgəsindəki yanğının isə ancaq yarısının qarşısı alınıb. Güclü küləyin əsməsi yanğınla mübarizəni çətinləşdirir. Yanğınların ümumi ərazisi barədə hələlik məlumat yoxdur.