
BAKI, 9 mart. TELEQRAF
İsrailin son iki gündə Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 6 fələstinli ölüb, 8 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi Teleqram kanalında məlumat yayıb.
Xəbərdə bildirilir: “2023-cü il oktyabrın 7-dən bu yana qurbanlarının sayı 48 453 nəfərə çatıb, daha 111 860 nəfər yaralanıb. Son 48 saat ərzində 6 nəfər həlak olub, bir cəsəd dağıntılar altından çıxarılıb, 8 yaralı da Qəzza zolağında xəstəxanalara yerləşdirilib".