BAKI, 9 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışını yarımçıq kəsən demokrat konqresmen El Qrin, vəziyyət dəyişməzsə, eyni halı yenidən təkrarlayacağına söz verib.

Teleqraf xəbər verir ki, konqresmen CNN telekanalına açıqlamasında belə deyib.

Siyasətçi vurğulayıb: "Vəziyyət dəyişməsə, mən bunu yenidən etməyə məcbur olacağam".

Qrin izah edib ki, Trampın sözünü "Medicaid" sağlamlıq proqramının dayandırılmasına etiraz olaraq kəsib.

O, həm də davranışının nəticələrini qəbul etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, El Qrin martın 5-nə keçən gecə Trampın çıxışını pozmağa çalışdığı üçün zaldan qovulub.