BAKI, 8 mart. TELEQRAF

Rusiya qoşunları son 24 saat ərzində Kursk vilayətində üç yaşayış məntəqəsini ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hücum əməliyyatları zamanı Şimal hərbi qrupunun bölmələri Viktorovka, Nikolaevka və Staraya Soroçina yaşayış məntəqələrini azad edib", - deyə məlumatda qeyd olunub.