BAKI, 9 mart.TELEQRAF

Berlində martın 8-nə keçən gecə naməlum şəxslər Bundesverə məxsus 7 avtomobili yandırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Das Bild" yazıb.

Məlumata görə, saat 01:45-də (Bakı vaxtı ilə 04:45) yoldan keçənlər Frayhayt yaxınlığındakı alovlanmanı görüb yanğınsöndürmə bölməsinə zəng ediblər. Yanğın tez bir zamanda söndürülüb.

İnsidentdən sonrai "Agenda2029" qrupunun məktubu Indymedia solçu internet platformasında dərc olunub və təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Sənədin mətnində deyilir: “Sağlam düşüncədən çıxış edərək, martın 7-nə keçən gecə Bundesverə məxsus 7 maşın dayanacaqda yandırıldı... Çünki biz yalnız hərbi texnikanın yandırılmasını xoşlayırıq”.

Qrup həmçinin bir neçə nəfərin hasarlanmış əraziyə daxil olaraq hərbi maşınların yanına "Molotov kokteyli" qoyduğunu əks etdirən video yayımlayıb.