BAKI, 9 mart. TELEQRAF

Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.

Teleqraf xəbər verir ki, yarışın ilk günündə Azərbaycan komandası aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.

Qızların mübarizəsində - 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub.

Oğlanlar arasında - 60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.